Yaradıcılıq haqqında
..... Sənətçiləri gəmilərə
bənzətmək olar: bə’ziləri geniş,
ucu – bucağı görünməyən, fırtınalı
və hər zaman yeniliyində belə sonsuz dənizdə
üzməyi sevir, digərləri isə səssiz,
sakit fırtınalardan və qorxulardan uzaq limanlarda
lövbər salmağa can atırlar....
..... Musiqi sənəti çevrəsində işlədiyim
xeyli zamandır. Əlbəttə, sakitlikdə də
yaşamaq olardı. Lakin dincliyin başlanğıcı
sənətin sonu deməkdir. Yerində saymamaq üçün,
gərək özün özündən “üz
döndərməlisən”. Necə ki, V. Şklovski
deyib: “Boy atmaqdan, yetkinləşməkdən yorulmadığımdan,
mən daim dəyişilməliyəm.”
“Âîïðîñû ëèòåðàòóðû” jurnalı, 1967, ¹11.
“Ritm zaman anlamını dəyişib. Əgər
keçmişlərdə sənətkar ömrü,
kobud desək, incəsənət tarixi gedişinin
hansısa, - klassisizm yaxud romantizm, - dövrünə
uyğun idisə, hazırda bizlərdən hər
birimiz zirvəyə doğru bir neçə gədiyi
aşmalı olur. Dayanıb durmaq qorxuludur.....”
“Êðóãîçîð”, jurnalı, 1967, ¹10.