Folklor və millilik haqqında
Mən tələbəni xalq yaradıcılığının
hazır nümunələrindən sitat şəklində
faydalanma yoluna yönəltməkdən uzağam.
Xalq musiqisinə sirf qoruyuculuq baxımından yanaşma
mühafizəkarlığa gətirib çıxarır,
irəliləyiş və inkişafa maneçilik
törədir , onu bir növ donmuş nəyəsə,
daha doğrusu, muzey eksponatına çevirir. Burada,
bütün yaradıcılıqla bağlı məsələlərdəki
kimi, milli musiqi mədəniyyətinin geniş çevrəsində
ən yaşamlı və dəyərlilərin
seçimində gənc bəstəkarın yaradıcılıq
təşəbbüsu və var qüvvəsi ilə
işləmək bacarığı olmasa, uğur
qazanıla bilməz.....
“Советская культура” qəzeti, 29. XI. 1962.
... Belə bir deyim dərin kök salıb ki, folklor
tükənməz bir qaynaqdır və bu qaynaqdan
faydalanmanın sonu yoxdur. Əlbəttə, şairanə
yozumdur, lakin, mənim düşündüyümə
görə, düzgün deyil. Əgər tutuşdurmaya
qalsa, xalq musiqisini yerüstündən ayrı –
ayrı dərinliklərdə qatlar üzrə yerləşən
neft yataqlarına bənzətmək olar. Haradasa
70 – 80 il öncə Abşeronda bir neçə metr
dərinlikdə qazılan quyu tezcə neftlə
dolaraq, yiyəsini varlandirardı. Asan qazanca can atan
insanlar əlçatan üst qatları rəhmsizcəsinə
istismar edirdilər. Neftin səviyyəsi düşməyə
başladı. Üst qatlar tükəndi və hazırda
nefti yalnız texniki qurğuların köməyi
ilə çıxarırlar.
Bunun oxşarları da xalq musiqisinin başına
gətirilir. Gəlin bir düşünək: məgər
biz onu həddən artıq asan yolla əldə
etmirikmi? Məgər biz onun üst, əlçatan
qatlarından acgözlüklə faydalanmırıqmı?
Xalq musiqisinin tükənməzliyi deyimi və durumuna
son qoymaq, başlıca zənginliklərin daha alt
qatlarda, biz düşündüyümüzdən
də dərinlərdə yatdığını
anlayıb, bu dərinliklərə üz tutmaq, həmin
qatlara çatmaq üçün də lazımlı
texniki qurğularla silahlanmaq vaxtı deyilmi?
Bizim xalq musiqimizin üst, əlçatan qatlarından
faydalanma, daha doğrusu, onun yırtıcı istismarı
bununla sonuclanır ki, eyni intonasiya və ifadələrdən
ibarət dar çevrə bir əsərdən digərinə
keçərək, dəyişmədən, yaradıcı
şəkildə işlənmədən sonsuz sayda
təkrarlanır, çeynənir, simasızlaşır
və ucuz basmaqəlibə çevrilir.
“Советская культура” qəzeti, 26. I. 1969.