Ustadlar haqqında
Üzeyir Hacıbəyov haqqında:
Üzeyir
Hacıbəyovun Azərbaycan musiqi mədəniyyətində
yerini M. Qlinkanın rus musiqi tarixində yeri ilə
tutuşdurmaq olar. Çağdaş musiqimizin bütün
başlıca janrları Üzeyir Hacıbəyovun
yaradıcılığından qaynaqlanır.
"Бакинский рабочий", 1948, 26 noyabr.
Qarayevın səsi
Qarayevın səsi
...... Öz yetirmələrindən hər birinə
böyük qayğıkeşliklə yanaşan
bu istedadlı müəllimin sinfində çoxlarımız
ilk dəfə anladı ki, lirik xalq mahnılarının
sadə incəlikləri, muğam quruluşunun gözəllikləri
arxasında həm estetik, həm də məntiqi
baxımdan olduqca özüllü bir sistem durur.
"Советская культура", 1975, 26 noyabr.
Qara Qarayev Şostakoviç haqqında:
Şostakoviçin
tələbələri ilə necə dərs keçdiyini,
hansı pedaqoji prinsiplərdən faydalandığını
hazırda məndən tez-tez soruşurlar. Və
mən cavab verməyi özümə borc bilirəm
ki, həmin prinsiplərin sayı istedadlı və
oxşarsız şagirdlərin sayı ilə ölçülürdü.
Lakin bütün hallarda, çox sərt müəllim
olduğuna baxmayaraq, o yetirmələrində özlərinə
dərin inam aşılayır və ən şətin
işlərini belə sona çatdırmaqda onlara
köməkçi olurdu.....
......onun sinfində işə, sənətə
ən yüksək peşəkar yanaşma ab-havası
vardı: yarımçıq hazırlıqla dərsə
gəlmək haqqında söhbət gedə bilməzdi.
Və biz fədakarlıqla, mən deyərdim, özümüzə
qarşı qəddarcasına işləyirdik: heç
yadımda deyil ki, sinifdə tənbəllər yaxud
avaralara “qaşın üstə gözün var”
deyən olsun. Burada tam gücünə işləmək
gərək idi.....
...... Mən hər zaman sevimli müəllimimin minnətdar
şagirdiyəm, çünki musiqidə, sənətimdə
bütün qazandıqlarım onun adı ilə
bağlıdır.
"Советская музыка", 1966, №9.