Dmitri Şostakoviç
(bəstəkar):

Qara Qarayevin böyük və parlaq bəstəkarlıq istedadı var. Ümumi inkişafı son dərəcə yüksək səviyyədədir. Bu musiqi qabiliyyəti və mədəniyyəti olan bəstəkardır. O alətşunaslıq, polifoniya və musiqi sənətinin digər bölümlərinə əla yiyələnmişdir. Qarayev gələcəyi şübhə doğurmayan, daim axtarışda olan bəstəkardır.

Moskva konservatoriyasında prof. D.D. Şostakoviçin bəstəkarlıq sinfini bitirərkən Q. Qarayevə verilən xasiyyətnamə. 17. IV. 1946.

“Yeddi gözəl” haqqında:
Baletin musiqisi olduqca tə’sir bagışlayır. Bəstəkar Qara Qarayev istedadının bir çox özəllikləri məhz bu əsərdə, öncəkilərdən daha parlaq şəkildə öz əksini tapmışdır.
Rus baletinin ən öncül örnəklərinə və Çaykovski ən’ənələrinə arxalanan bəstəkar həqiqətən sanballı əsər yaratmışdır.
“Yeddi gözəlin” musiqisi genişmiqyaslı və genişnəfəsli, əsil simfonik musiqidir. Balet bütöv, arasikəsilməz və getdikcə yuksələn gərginlikli musiqili hekayət kimi qavranılır. “Yeddi gözəl” baleti bütün sovet musiqi sənətinin ortaq qazancı olub, bütün sovet teatrı repertuarını zənginləşdirir.
(”Ïðàâäà”) “Pravda” qəzetu, 18. XII. 1952 – ci il

... Q. Qarayev böyük qoçaqlıqla, hətta ötkəmliklə öz yaradıcılıq palitrasını hər çəhətdən genişləndirməyə çalışır. Belə çalışmanın mahiyyəti əh’ənəviliklə yaradıcılıq azadlığının çoxçalarlı, çoxsəviyyəli və üzvi şəkildə uslaşdırılmasındadır. O “xəlqilik” anlamı çərçivəsindən kənara çıxmaqdan qorxmur, daha doğrusu, bu anlamı genişləndirməyə çalışır.
“Äðóæáà íàðîäîâ” jurnalı, 1957, ¹11

Mən o dərəcədə özümə güvənən deyiləm ki, Qara Qarayev kimi böyük bəstəkardan söhbət açarkən “mənim şagirdim” ifadəsini işlədim. Lakin mən həmin görkəmli musiqiçinin, eləcə də Azərbaycan simfonizminin digər sayımlısı Cövdət Hacıyevin Moskva konservatoriyasında, başçılıq etdiyim bəstəkarlıq sinfində çalışıb yetkinləşdiyi ilə hər bir zaman öyünəcəyəm. “Áàêèíñêèé ðàáî÷èé” qəzeti, 30. IV. 1968-ci il.

.... Qara Qarayev ən çox sevdiyim bəstəkarlardan biridir. Onun yaradıcılıq uğurlarının sirri milli ən’ənələri, klassik irsi və ən çağdaş formaları birləşdirən parlaq istedadlı, yalnız özünə xas olan dəst-xəttidir.
“Âûøêà” qəzeti, 30. IV. 1968.

Qriqori Kozintsev (kinorejissor)

İstəkli Qara Aleksandroviç!
Dünən televiziya “Don Kixotu” göstərirdi. Mən bu yolla filmlərə baxmağı xoşlamıram. Köhnə işlərə baxmağa isə heç həvəsim yoxdur. Ekranda artıq həyatda olmayanları görürsən. Bizim işin yaramazlıqlarındanmı, düşüncəsizliyimiz yaxud iradəsizliyimizdənmi – filmlər istədiyimiz kimi alınmır, yarımrıqdırlar. Lakin bu dəfə sonadək otaqdan çıxıb getmək arzusundan olmadım. Səbəbi isə Sizin musiqinizdir. Musiqinizi lap öncədən də sevirdem, bu gün isə, - çox-çox illər keçdiyinə baxmayaraq, - daha artıq dərəcədə sevirəm. Bu elə bir sıxıntılı, ürəyi göynədən çağırışdır ki, həmin çağırışı duyub ona səs verən ya tərki-dünyalığa, yaxud da edam kürsüsünə yollanmalıdır. Romanın əsil mahiyyətinin Sizin musiqidə belə dəqiq əksinin son dərəcədə duyğulandırıcı qücü var. Daha önəmlisini düşünüb tapmazsan. Yəqin ki, bütün bunlar Sizin öz yaşantılarınızla haradasa üst-üstə düşüb, əks halda bu cür bəstələmək olmaz.
Q. Qarayevə məktubundan. 28. X. 1972. Leningrad

Fikrət Əmirov

Qarayev sənəti-əzəmətli Azərbaycan musiqi məbədinin ən etibarlı dayaqlarından biridir və bu musiginin dünya şöhrəti qazanmasında onun rolu böyükdür... İstedad üstəgəl əmək-bizim ictimai həyatımızda, mədəniyyətimizdə Qarayev sənətinin mahiyyəti və pafosu bax bundadır.
(Əmirovın səsi)

Niyazi

Qara Qaryevin musiqisi əyləncəyə və sakitliyə çağırmır, əksinə sözün həqiqi mənasında ürəkdən od qoparır, canlı fəaliyyətə zövq edir. Taleyimə minnətdaram ki, musigi ilə mən də təmasda olmuşam. Xoşbaxtəm ki, yaratdıqlarının əksəriyyəti ilə tanış olmağı Qara Qarayev ilk dəfə mənə etibar edib.
(Niyazinin səsi)

Rəsul Rza
(Rəsul Rzanın səsi)

Aram Xaçaturyan (bəstəkar)

Mən dostum Qara Qarayevin yaradıcılığında onun insan həyatının ən başlıca dəyəri haqqında insani, fəlsəfi və dərin deyim və söyləmələrini olduqca yüksək qiymətləndirirəm. Onun melodik dilinin özümlüyü və zənginliyi, xalq melosundan çox incəkliklə faydalanma bacarığı, harmoniyalarının yeniliyi və saflığı, parlaq və kəskin qarşılaşdırmaları, polifonik səs hörmə ustalığı, orkestr calarları məni sevindirir. O həyatı dərk etməyi, kəskin qarşıdurmalarda geri çəkilməməyi bacarır, doqruculluğa və insanlığa can atır. O hər an qaynar həyatdadır, çağdaşdır, qəlbi insanlar üçün, onların xoşbəxtliyi üçün hər zaman açıqdır.
Ñìåíà jurnalı (Leninqrad), 27. IV. 1967

Yuri Zavadski (teatr rejissoru)

Qara Qarayevlə birdə içləyərkən onun son dərəcə incə teatr, səhnə duyumu, pyesin gızlı, iç mənasını anlayıb dramatik əsərin ruhunu öz musiqisi ilə açıqlamaq, məzmunun özəl ovqatını vurğulamaq, qabartmaq bacarığı məni hər addımda heyrətləndirirdi. Q. Qarayev elə azsaylı bəstəkarlardan biriydi ki, onlarla çətinlik çəkmədən işləmək olduqca maraqlıydı, - istər “Qadınların üsyanı” olsun, istərsə də Ekzüperinin həyatı haqqında Malüginin pyesi. Hələ mən onun bütöv yaradıcılığı, yaxud da yaradıcılığının ayrı-ayrı kəsimləri haqqında danışmiram! Milli qaynaqlara qırılmaz bağlılıq, fəal çağdas duyum, kəskin və hər zaman özəl dil-üslub, - məhz bütün bunlar bütövlükdə istedad adlanır ki, həmin istedadın sayəsində onun əsərləri sovet musiqisi çevrəsində təkrarsız Olaylardır.
"Áàêèíñêèé ðàáî÷èé” qəzeti, 22. IV. 1967.

Tixon Xrennikov (bəstəkar)

Dmitri Şostakovıçin ən seçmə tələbəsi kimi Q. Qarayev yaradıcılığı lap başlanğıcda böyük ustadın güclü təsirindən kənarda qala bilməzdi. Lakin bu təsir heç cür onun özəl “məni”ni, yaradıcılıq fərdiliyini silib yox edə bilmədi. Deyilənlərə ən yaxşı tutalqa kimi onun təhsilini bitirdikdən sonra yazdığı ilk ən sanballı əsəri, - “Leylı və Məcnun” poemasını dinləmək kifayətdir ki, həmin əsərə görə müəllif SSRİ Dövlət mükafatına layıq görülmüşdü. Heç kim deyə bilməz ki, bu kiməsə əlavədir.

Qara Qarayevin sonraki ən iri əsərləri də biri-birindən seçilərək hər biri ayrılıqda irəli yeni bir addım kimi yozulur, yaradıcılıq təfəkkürünün təzələndiyini aşkarlayır. Qara Qarayev özünü-təkrar və-yamsılamalardan çox-şox uzaqdır. Lakin eyni zamanda bütün bu əsərlər onunkudur, - onun qələmindən çıxanların bir neçə xanəsi çaşmadan müəllifin kimliyini dəqiq deməyə imkan verir.
Qara Qarayev. Məqalələr, məktublar, söyləmələr (rus dilində). – M., “Sovetskié kompozitor” 1978, s.80.

Leo Mazel (musiqi nəzəriyyəçisi)

Müəllimlərin şagirdləri haqqında xatirə yazılarına az-az rast gəlinir. Adətən, əksinə, müəllimləri daha tez-tez xatirlayırlar. Lakin hazırki durumda belə “janr” təbiidir, çünki şagirdin özü olduqca sanballı və dəyərlidir, onun müəllimi ilə daim təmasda olduğu dövr doğrudan da uzaq keçmisin xatirələridir. Böyük Vətən müharibəsindən (II dünya savaşı nəzərdə tutulur) oncə Moskva konservatoriyasında Qara Qarayevlə “analiz” (musiqi quruluşunun araşdırılması) fənni keçirdim. Özü də tələbələrin kiçik qrupuna, royal arxasında. Əlbəttə, belə şərait şagirdi daha yaxindan tanımaq imkanı verirdi və tələbə Qarayev mənim yaddaşımda silinməz iz qoymuşdu.

Konservatoriyayadək Q. Qarayev musiqi quruluşu haqqında geniş bilgilər əldə etmədiyindən, dərslərdə verilən biliklərə hamıdan artıq maraq göstərərdi. O öz musiqi duyumu, qavrama sür’əti, diribaşlıgı və eyni zamanda dərin düşüncəliliyi ilə seçilirdi. Qeyri –adı kompozisiyalar araşdırılarkən, onun fənnə marağı hədsiz dərəcədə artırdı. Q. Qarayevin analitik araşdıcılığı, dəqiq düşünmə bacarıgı onu deməyə əsas verir ki, əgər arzusu olsaydı, çox sayımlı nəzəriyyəçi, - özü də təkcə müəllim deyil, böyük alim kimi tanına bilərdi.
Xatirələr və minnətdarlıq. II Qara Qarayev. Məqalələr, məktublar, söyləmələr (rus dilində).M., “Ñîâåòñêèé êîìïîçèòîð”, 1978, s. 81.

Kşiştof Meyer (bəstəkar)

.... Qara Qarayevin adı Polşada artıq 50-ci illərdə eşidilməyə başlamışdı. Daha sonra, hamımızın yaxşı yadındadır ki, 1959-ci ildə “Varşava payızı” beynəlxalq çağdaş musiqi festivalının qonağı olan Dmitri Şostakoviç, öz müsahibələrinin birində Qara Qarayevi günkü sovet musiqi sənətinin ən görkəmli simalarından biri saydığını vurğulamışdı.

60-ci illərdə Qara Qarayevin sonrakı əsərlərilə tanışlıq məndə belə inanc yaratdı ki, o yazdıqları ilə razılaşmayan, kifayətlənməyən, daim axtarışda olan və sənəti yeni-yeni bədii tapıntılarla zənginləçdirən sənətkarlardandır. Mən onun bütün son əsərlərini öyrənərkən onlardan ikisinin, - III simfoniyanın və Violino Konsertinin mənim üçün daha maraqlı və yaxın olduğunu anladım. Bu əsərlərdən hər biri sanki təkrarsız ətir saçır, işlənilən bədii ifadə yolları və bəstəkarlıq texnikasının (dodekafoniyanın) yeniliyi dinləyicini son dərəcə duyğulandırır ki, bütün bunlar bəstəkarın musiqidə xəlqilik və fərdilinə her cür çətinlik yaratmır və, mən deyərdim, həmin yönlərdə ona arxa olub kömək edir. Q. Qarayevin musiqisinə, bütövlükdə götürsək, xalq ruhu hakim kəsilib. Bu da bir daha sübüt üdir ki, bədii ifadə yolları və bəstəkarlıq texnikası deyil, ilk sayda istedad və bədii fərdilik, özəllik əsərlərin dəyərləndirilməsində başlıca me’yardır.
Mənim Qara Qarayevlə görüşlərim. //Qara Qarayev. Məqalələr. Məktublar. Cöyləmələr. – M., “Ñîâåòñêèé êîìïîçèòîð”, 1978, s. 90-91.

Leonid Koqan (violinoçalan)

Bir musiqiçi kimi Q. Qarayevi hamı üçün istəkli edən nədir? Hər şeydən öncə onun misilsiz fitri istedadı, yüksək səviyyəli sənətkarlığı, ömrü boyu bütün gücünü musiqi sənətinə, yaradıcılığa vermək hazırlığı. Və eyni zamanda sadalananlara analitik – araşdirici – dəyərləndirici yanaşma bacarığı.

Mənə elə gəlir ki, bu əsər (söhbət L. Koqana həsr olunmuş Violino Konsertindən gedir. – müəllif) bəstəkarın yaradıcılığında yeni kəsimin başlanğıcıdır. Burada Q. Qarayev musiqisini keçmişlərdə də nəzərə çarpdiran “yayabənzər”, qıvraq enerji və bir qədər ağır, dözümlü lirika tamamilə başqa yöndə, başqa çalarda səsləndi. Özü də daha güclü və genişmiqyaslı şəkildə. Bu əsər sayəsində Q. Qarayev yaradacılığı yeni bədii ifadəliliklə zənginləşib. Əlbəttə, keçmişin dəyərlərini qorumaq şərtilə. Melodik cizginin qabarıqlığı, orijinallığı, parlaq şidirğı texnika Konsertə ən secimli əsərlərdən biri görüntüsü verir.
Seçimli əsər. //Qara Qarayev. Yubiley toplusu, 1978, s.92.

Yevgeni Svetlanov (dirijor) (“Yeddi gözəl” haqqında)

Qara Qarayevin İlham pərisinə not sətirləri darlıq edir. Tükənməz fantaziya və çalarların çoxluğu, son dərəcə gözəl melodiyalarla çox az halda qarşılaşdığımız harmonik bolluğun ayrılmaz uyğunluğu, ritmlər və onların dəyişmələri, səsli təzadlar və ehtirasın yüksək çilğinlığı (balet yazanların çoxunun “qaz vurub qazan doldurduğu” ilə qarışdırmamalı!) – bütün bunlar 7 gözəlin misilsiz musiqili – xoreoqrafik görüntü – açıqlamalarında özünün ən yüksək səviyyəli ifadəsini tapmışdır. Tam azxayınçılıqla deyə bilərəm ki, burada Q. Qarayev adı çəkilən janrda ümumdünya səviyyəsinə qalxa bilmişdir.
Bu günümüzə, çağdaşlığa xitab.... //Qara Qarayev. Yubiley toplusu, 1978, s.94.

Gidon Kremer (violinoçalan)

Mən bədii zövq və istəklərimə cavab verə biləcək bu lənətə gəlmiş çağdaş Konsert axtarışında ikən, eyni zamanda yaranmış və quruluşca biri-birindən olduqca seçilən bir neçə əsərlə tanış oldum. Onlar arasında Qara Qarayevin yeni bitirdiyi Konsert də vardı. Həmin Əsər bu çağdaş bədii əsər çeşidinin çağdaş quruluşu məsələsinə çox kəskin yanaşma baxımından məni əlüstü maraqlandırmağa başladı. Qarayevin sənətkar doğruculluğu, janr məsələsində “dayazlıqdan uzaq” yanaşımını təkcə bizim öyrəşdiyimiz üçbölümlü solsilənin tamamilə qeyri-adı, oxşarsız dolğunluğunda görmək düzgün olmazdı. Bu janrda yazılan çox-çox əsərrlərin gəyərini azaldan tutarsız sonluqlardan faydalı şəkildə seçilən Q. Qarayev Konsertinin dərin fəlsəfi 3-cü bölümünü yada salsaq, kifayətdir. Q. Qarayev əsərinin doğruculluğu ümumdünya violino musiqisi irsini dərin öyrənilib mənimsənilməsi, alətin səslənməsinə misilsiz ifadəlilik vermək istəyindən irəli gəlir.
Qara Qarayevin Violino Konserti. //Qara Qarayev. Yubiley toplusu, s.113.

Andrey Petrov (bəstəkar)

Mən Qara Qarayev musiqisini 50-ci illərdə tanıyıb sevmişəm. Bu bəxtiyar tələbəlik və ilk azad, baxımsız yaradıcılıq illəri idi ki, o zaman hər hansı böyük, parlaq olay ömürlük yaddaçımıza silinməz yazyla yazılır. Mənim üçün həmin olaylardan biri də Qara Qarayev yaradıcıliğı oldu.

Həmin 50-ci illərdə Leninqradda onun “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri ilk dəfə tamaşaya qoyulmuşdu. Eyni zamanda müharibədən sonrakı dövrün sovet teatrı üçün ən sayımlı tamaşalarından biri, - “Nikbin faciə”, daha sonra isə “Don Kixot” filminin musiqisi yazılmışdı....

Qara Qarayevin musiqisindən onun böyük bədii sənətkarlığı duyulurdu. Bu sənətkarlıq onun dil-üslubunun bir sıra özəllikləri ilə, - özümlü melodiyaları, seçimli Q. Qarayev çalarları, zəngin ritmikası, “dadlı” səslənən orkestri ilə acıqlanırdı.
Gözəllik, güc və ifadəlilikdən doğan musiqi. //Qara Qarayev. Yubiley toplusu, s.127

Vladimir Kraynev (pianoçu)

Qara Qarayev kimi görkəmli sənətkarla görüşüm və tanışlığım mənim yaradıcılıq yaşamımım yaddaşında ən silinməz izlər qoymuşdur... Çünki geniş dinləyici kütləsının ilk növbədə görkəmli orkestr ustası kimi tanıdığı Qara Qarayev, fortepianonün şairi, dramaturqu və boyakarı olub, fortepiano musiqisi yaradıcılığında da sənətkarlıqda birincidən geri qalmırdı.
“Altı musiqili an”// Qara Qarayev. Yubiley topluşu, s.147

Mark Paverman (dirijor)

Mənim Qara Əbülfəz oğlu ilə şəxsi tanışlığım 1966-ci ilin noyabrında, münsiflər heyəti üzvü olduğumuz dirijorların II Ümumittifaq müsabiqəsində baş verdi. Bundan bir qədər öncə Sverdlovskda mən onun “Don Kixot” simfonik qravürlərini ifa etmişdim. Həmin əsərin musiqisi öz məna və məzmun dərinliyi, parlaq bədii surətləri və qeyri-adı quruluşu ilə məni “ələ ala bilmişdi”. Servantesin bu gözəl romanının belə yüksək səviyyəli musiqi dili ilə açımı yalznız Qara Qarayev kimi böyük bəstəkar istedadının gücü sayəsində əldə oluna bilər.
Qara Qarayev musiqisi ilə görüşmək sevinci. //Qara Qarayev. Yubiley topluşu, s.169.

David Toradze (bəstəkar)

Moskva Konservatoriyasında Qara Qarayevlə birgə ən sayımlı nəzəriyyəçilərdən dərs aldığımız dövrdə onun istedadının bu dərəcədə yetkinləşməsinə kömək etmiş ən başlica özəlliyi olan “musiqini görmək” bacarıgından doymurdum. Və bu “görmə” zamanı öz sənətkarlıq artımı üçün ən lazımlı, ən gərəkli, öz zövqünə uyğunlarını seçib mənimsəyə bilirdi. Məsələn, o harmonik çalışmalardan, eləcə də çox sayda coxsəsli janrlarda, o cümlədən ayrı-ayrı orkestr hey’ətləri üçün fuqalar bəstələməkdən həm faydalanar, həm də əylənərdi.

Gənc bəstəkarın inadcıllığı sonucu və polifoniyanı yüksək səviyyədə mənimsəməsi göstəricisi kimi onun ilk tutumlu əsəri-simfonikorkestr üçün Passakaliya və üçlü fuqası yaranda ki, səslənməsinə qörə qeyri-adı, dərin məzmunlu və ən’ənəvi polifonik yolların milli mövzularla oxşarsız şəkildə, ustalıqla birşdirilməsi ilə seçilirdi. Azərbaycan xalq musiqisinin, gürcü musiqisindən seçilən təksəsli təbiətini nəzərə alsaq, bunun nə demək olduğunu anlamaq çətin deyil, hərçənd ki, Azərbaycan musiqisində də polifonik düşüncəli ünsürlərin varlığı sübhəsizdir. Beləliklə, milli mədəniyyətin yeni qazancı kimi Qara Qarayevin əsəri Azərbaycan musiqi sənətinin gələcək irəliləyişləri üçün irəli atılmış mərd bir addım idi.
Böyük Sənətkar dostum haqqında. //Qara Qarayev. Yubiley toplusu, s. 173-174.

Rodion Şedrin (bəstəkar)

Qara Qarayev milli bəstəkar olmaqla yanaşı, milli çərcivəyə sığmayan bəstəkar idi. Çağdaş Azərbaycan musiqi mədəniyyəti özülünün quruculuğunda onun adını Üzeir Hacıbəyovla yanaşı çəkmək olar. Azərbaycan musiqisində bir sıra janrlar qara Qarayev yaradıcılıgından qaynaqlanır. Bütövlükdə götürsək, onun yaradıcılıgı milli musiqi mədəniyyətinin keyfiyyətcə yeni pilləsidir. Yeni Azərbaycan musiqisinin beynəlxalq məktəbinin yaradıcısıdır. Özü də təkcə ona qörə yox ki, onun sinfində təhsil alanların sayı onlarladır. Qara Qarayev canlı görkdür və öz şəhsiyyətinin parlaqlığı ilə bu fəxri ada layıqdır.

Mən Q. Qarayev haqqında belə deyərdim o hər zaman yenilik axtarışındadır, lakin əski yolları, keçidləri yaxşı bilir; tapıntılar arzusunda bulunsa da, ən’ənələrin, - ilk sayda milli dəyərlərin və onlardan faydalanmağın gərəkliyini unutmur. Bəlkə də tutduğu yön ən çətindir: “sağlar” onu ”solçuluqda”, ”sollar” isə ”mühafizəkarlıqda” suçlayırqda. O isə öz istedadı və qəlbinin çagışı ilə sənətdə tutduğu yolda sadəçə olaraq dönməzdir.
Örnək yaradıcılıq yolu.// Yubiley toplusu, s. 87.

Agirdlər söyləyir


Rauf Haciyev:
Şagirdinə yüksək mənəvı dəyərlər aşılamaq Q. Qarayev üçün əsərlərimizin üstünlüklərini və çatışmazlıqlarını nəzərimizə çatdırmaq qədər əhəmiyyətli idi.

Vasif Adıgözəlov:
Gözəlliyi duyub-anlamaq, həyatın təzadlarını biri-birindən ayırmaq və bunları öz yaradıcılığımda əks etdirmək bacarığını mən Müəllimimdən öyrənmişəm. Sənətə müqəddəs mənə ondan yadigar qalıb.

Xəyyam Mirzəzadə:
Q. Qarayevlə hətta ən gözlənilməz görüş Ustadın eyni sualı ilə başa çatardı: “Nə zaman əsər göstərəcəksən?” Və hər bir əsərə baxış və araşdırma hər birimizin taleyində son dərəcə maraqlı Böyük İnsan və Böyük Ustadın olduqca dəyərli tövsiyələri ilə başa çatan yeni, daha məs`ul bir imtahan kimi yozulurdu.

Məmməd Quliyev:
Qara Qarayev olmasaydı, mənim bəstəkarlığım, yəgin ki, şübhə altındaydı. Mən sənətimlə, - deməli varliğımla ona borcluyam. Qara Qarayevlə bir neçə saatlıq söhbət aylarla cürbəcür elmlərə aid kitablar oxumaqdan daha üstündür.

Afaq Cəfərova:
Lap başlangıcdan Qara Qarayev yeni şagirdləri ilə ayrı – ayrı bəstəkarlıq məktəblərinin özəl cəhətləri kimi dil – üslub və quruluş, yazı texnikası, ifadə yolları, eləcə də musiqiçi zövqünün və bədii duyumun yetkinləşməsi məsələlərini nəzərdən keçirməyi lazim bilirdi.

Sevda İbrahimova:
Qara Qarayevin misilsiz dərsləri... Onun bütün tələbələrə doğmalığı, ata qədər əzizliyi unudulmazdır. Yazdığın əsəri bəyənirdisə, sən göylərə uçmaq istəyirdin.

Nərgiz Çəfiyeva:
Böyük müəllimimiz Q.Qarayev qəlbinin müdrik ziyası, qüdrətli sənətkar sözunun güclü məntiqi ilə biz şagırdlərin düşüncələrini daim kamillik Yüksək Sənət anlamına çatdırmağa qadir olmuşdur.

İsmayil Hacıbəyov:
Q. Qarayev bizi texniki ixtiracılığa həvəsləndirərək, hən bir səs xəttinin, hər bir notun tutarlı lazımlılığı ilə şərtlənən musiqidə məntiqlə düşümməyi öyrədirdi. Çünki yalnız sənətin bütün incəliklərinə yiyələnmiş sənətkar. Böyük Sadəlik məqamına yetişə bilər ki, həmin məqamda musiqi təbiətin gerçək olayı kimi yozulur.

Firəngiz Əlizadə:
Qara Qarayevin çoxsaylı arasında oxşarını dərsləri arasında oxşarını tapmazdın. Yalnız bircəciyi təkrarlanırdı: düz vaxtında, qəti addımlarla, alnıaçıq sinifə girən Ustad hamı ilə əl tutub görüşərdi. Görüşdükləri bu “hamı” isə sayca az deyildi: hazırkı və keçmiş tələbələri, qonaqlar və sadəcə maraqlananlar. Öz qısa salamlaması ilə o, hər bir kəsə bir növ sual verərək sinifdə baş verənlər barədə öncədən bilgi alardı ki, həmin alınan bilqilər dərsin gedişində öz əksini tapırdı.

Azad Zahid:
Qara Qarayev həyatımda ən işıqlı xatirədir.  

 

 

 
 

 © Musigi Dunyasi

  Back Project participants