Operalar
• “Vətən” (C. Hacıyevlə birgə); librettoçular
– İ. Hidayətzadə və M. Rahim, 1945.
• “Zəriflik” (A. Barbüs üzrə), 1972.
• “Çilğın qaskonlu” müzikli (E. Rostanın
eyniadlı əsəri üzrə), 1973.
Adı çəkilən musiqili komediyanın üslubu
olduqca çoxçalarlıdır. Əsərin musiqi
dilində klassisizmin intonasiya və çeşidləri,
romantik harmoniyalar, XX yüzilliyin ritmləri və
çalğıları üzvi, uyarlı şəkildə
birləşdirilib (məsələn, biq-bit və
i.a.).
“Çilğın qaskonlu”nun (üslüb gerçəklikləri
ilə “sıxlaşdırılmış”) zaman
kəsiminin genişliyi ədəbi qaynağın
“ikili” mədəni şöhrətindən irəli
gəlir. Əsərin qəhrəmanı, - hazırcavab
şair və dəliqanlı duelçi, dərin
düşüncəli filosof və igidlikdə tayı
olmayan Sirano de Berjerak - əslində tarixi şəxsiyyətdir.
E. Rostanın poetik duyumunun özümlüyü,
ilk növbədə bu duyumun romantik axarlılığındadır.
Məhz bunun sonucunda musiqili komediyanın başlıca
məna yükü “çoxüslubluluqdan” bacardıqca
geniş faydalanmaqdan ibarətdir ki, burada əski
ilə çağdaşlığın, romantizm
və klassisizmin, XX yüzilliyin bəstəkarlıq
qayda-anlamlarına uyğun “özününkülərlə”
“yadların” qatışığı bədii –
modelləşdirici məna daşıyır.