Violino ilə fortepiano üçün:


 

• Violino ilə fortepiano üçün Sonata (d-moll) görkəmli musiqiçi Vladimir Kozlovun xatirəsinə yazılıb. Bəstəkarı duyğulandıran düşüncə və yaşantılar dördbölümlu silsilədə - işcil Moderato, dalğın Reçitativ və Andante, düşüncələrlə çulğalanan Pastoral və çılğın, çoşqun Fantaziyada öz ifadəsini tapıb.

• Səs ilə fortepiano üçün A.S. Puşkinin sözlərinə 2 romans: “Gürcüstan yüksəkliklərində” (“Na xolmax Qruzii”) və “Mən sizi sevirdim” (“ß Vas lþbil”). Q. Qarayev ədəbi qaynağın ruhu və və poetikasını gözlədiyini vurğulamaq üçün öz romanslarını “lirik” şerlər adlandırırdı. Bunun sonucunda qısa və aydın – lakonik içquruluşu və yığcam fortepiano müşayiətindən faydalanıb. Ş’er mətninə uyğun, eynimənali inçəliklər sırf musiqili ifadələrlə - melodiyanın “insaniləşmiş” intonasiyaları və harmoniyanın dəyişkən çalarları ilə gerçəkləşdirilir.

• Səs və caz-orkestr üçün “Üç noktürn” (L. Xyüzün sözlərinə), 1958.

I noktürn – “Yorğun blyuz” (“Óñòàëûé áëþç”)

II n. – “Yay gecəsi” (“Ëåòíÿÿ íî÷ü”)

Və III n. – “Mulat” (“Ìóëàò”)

 

 
 

 © Musigi Dunyasi

  Back Project participants