Müəllimləri
Vladimir Mixayloviç Kozlov
Vladimir Mixayloviç Kozlov son dərəcə istedadlı
musiqiçi idi. Onların tanışlığının
başlanğıcı 1925-ci ildə, Qara Qarayev
konservatoriya yanında musiqi məktəbində oxuduğu
zamandan başlayıb. (V. M. Kozlov o zaman konservatoriyanın
həm fortepiano, həm tarix-nəzəriyyə fakultələrində
təhsil alırdı.) İstər pianoçu, istər
pedaqoq kimi V. M. Kozlovun respublikada o zamankı konsert
həyatının canlanmasında sanballı yeri
var idi. Kozlov ilk növbədə konsertmeyster kimi
tanınmışdı və sozün tam mənasında
SSRİ-də ən öncül müşayiətçi
pianoçulardan biri sayılırdı.
Q. Qarayev V. M. Kozlovun Azərbaycandan çox-çox
uzaqlarda tanınmasını yüksək qiymətləndirirdi.
Bu haqda o belə demişdi: O Bakıda çıxış
etmiş bütün artistlərlə çalmışdı
və çoxları bilirdi ki, Bakıya akkompaniatorsuz
da yollanmaq olar.
Q. Qarayevin yaradıcılığında V. M. Kozlovun
adı ilə bağlı əsərlərdən
onun dünyadan köçdüyü 1960-cı ildə
yazılmış və xatirəsinə həsr
olunmuş Violino ilə fortepiano üçün Sonatanı
göstərmək olar.
Leopold Moritseviç Rudolf (1877-1938)
Leopold
Moritseviç Rudolf 1901-ci ildə Moskva konservatoriyasını
S. İ. Taneyevin bəstəkarlıq sinfi üzrə
bitirib. 20 illik zaman kəsimində Saratovda, sonralar
konservatoriyaya çevrilmiş orta musiqi məktəbində
işləyib.
1930-1932-ci illərdə Leninqrad konservatoriyası
yanında işçi fakultəsində və şəhərin
musiqi texnikumlarında müəllimliyindən sonra
Bakı konservatoriyasında ölümünədək
bəstəkarlıq nəzəriyyəsi kafedrasına
başçılıq edib, professor vəzifəsində
işləmişdir. Konservatoriyanın tələbəsi
ikən Q. Qarayev professor Rudolfun bəstəkarlıq
sinfində təhsil alırdı (L. M. Rudolf həm
də tarix nəzəriyyə - bəstəkarlıq
fakultəsinə başçılıq edirdi. )
Georgi Georgieviç Şaroyev - görkəmli rus pedaqoqları
M. K. Benua və A. R. Yesipovanın şagirdi, Azərbaycan
Dövlət konservatoriyasının professoru və
Q. Qarayevin fortepiano üzrə müəllimi olmuşdur.
Üzeyir
Əbdul Hüseyn oğlu Hacıbəyov (18.
IX. 1885-23. X. 1948)
Böyük
Azərbaycan bəstəkarı, pedaqoq, yazıçı-jurnalist
və ictimai xadimdir.
İstər konservatoriyanın, istər buradakı
Azərbaycan xalq musiqisi tarixi və nəzəriyyəsi
kafedrasının yaranması onun adı ilə bağlıdır.
Folklorun böyük bilicisi kimi o milli musiqinin məqam
(lad) qanunauyğunluqlarını əsaslandıran
biçimli nəzəri sistemin yaradıcışıdır.
Üzeyir Hacıbəyovun sinfində Qara Qarayev Azərbaycan
xalq musiqisinin əsasları fənnini keçirdi.
Böyük musiqiçi ilk andan Q. Qarayevin gələcəkli
istedadını aşkarlaya bilmişdi. Sonralar Q.
Qarayev belə söyləyirdi: O, əgər belə
desək, mənim milli ruhum uğrunda çarpışırdı.
Bütün böyük ustadlardakı kimi, Hacıbəyov
təlimi sirf nəzəri çevrəni aşaraq,
Azərbaycan məqamları (ladları) sistemini musiqi
yaradıcılığı ilə sıx və
üzvi şəkildə uzlaşdırırdı.
Belə üzlaşmanın gərəkliyi onunla
bağlıydı ki, Azərbaycan musiqisində,
- istər xalq yaradıcılığı janrlarında,
istərsə də xalq-professional musiqi sənətində
(muğam və aşıq sənətində)
səs materialı və quruluş biçimlənməsinin,
Avropa musiqisindəkindən daha artıq və olduqca
qabarıq şəkildə, məqamın (ladın)
qanunauyğunluqlarından böyük asılılığı
var.
Qara Əbülfəz oğlu muəlliminə bəslədiyi
sonsuz minnətdarlığını ömrünün
sonunadək qoruyub saxlamışdı. Üzeyir
Hacıbəyovun yaradıcılığında
və Azərbaycanda ilk violino, violonçel və
fortepiano triosunda həyata keçirilən aşıq
üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin
Aşıqsayağı simfonik transkripsiyasını
yaratmağa ilhamlandırmışdı.
Qarayevin səsi
Qarayevin səsi
Dmitri
Dmitriyeviş Şostakoviç (25.IX.1906-1909. VIII.
1975)
Görkəmli
rus bəstəkarı, pianoçu, pedaqoq və ictimai
xadim. 1943-cü ilin payızında Moskvaya qayıdan
Qara Qarayev, o zaman Moskva konservatoriyasının professoru
D.Şostakoviçin sinfinə düşür.
Ustadla şagirdinin ömürlük dostluğu həm
zövq, həm yaradıcılıq durumu, həm
də həyata baxışları baxımından
yaxınlıqlarının sonucu kimi açıqlana
bilər.
Bütün bunlar Qara Qarayevin tələbəlik
illərindəki yaradıcılığında
həm kəmiyyət, həm də keyfiyyət göstəriləri
ilə özünü aşkarlayıb. I simfoniya
(1943), fortepiano üçün Sonata a-moll (1943), Vətən
operası (1945), nəhayət, konservatoriyanı
bitirərkən (1946) yazılan II simfoniya, - bütün
bunlar, şübhəsiz ki, D.Şostakoviç şagirdinin
əsərləridirlər.